AEBA ekspertləri Zaporojye AES yaxınlığında partlayışlar barədə məlumat veriblər

AEBA ekspertləri Zaporojye AES yaxınlığında partlayışlar barədə məlumat veriblər
# 27 yanvar 2023 05:33 (UTC +04:00)

Zaporojye Atom Elektrik Stansiyasında fəaliyyət göstərən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin ekspertləri stansiyanın yaxınlığında güclü partlayışların baş verdiyini bildirirlər. Bu da nüvə obyektinin yaxınlığında hərbi əməliyyatların aparıldığını göstərir.

APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi bildirib.

Qeyd olunur ki, çərşənbə günü səhər səkkiz güclü partlayışdan AES-in ofislərindəki pəncərələr titrəyib, cümə axşamı partlayış sayı artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR