AEBA ilə İran arasında danışıqlar nəticəsiz başa çatıb

AEBA ilə İran arasında danışıqlar nəticəsiz başa çatıb
# 10 noyabr 2022 06:54 (UTC +04:00)

Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) İran arasında nüvə proqramına dair danışıqlar nəticəsiz başa çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Reuters”ə AEBA-nın rəhbəri Rafael Qrossi bildirib.

“Onlar yenə də heç nə gətirmədilər” – deyə Qrossi vurğulayıb.

Bununla belə, AEBA rəhbəri ikitərəfli təmasların davam etdiyini, yaxın həftələrdə İranda növbəti görüşün olacağını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR