AEBA missiyası Zaporojye şəhərinə gedib

AEBA missiyası Zaporojye şəhərinə gedib
# 31 avqust 2022 16:16 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) missiyası Zaporojye şəhərinə gedib.

APA "Reuters"ə istinadən xəbər verir ki, AEBA-nın direktoru Rafael Qrossinin rəhbərlik etdiyi 14 nəfərlik missiya bu gün səhər saatlarında Kiyevi tərk edib.

"BBC Russia"-nın məlumatına görə isə Rusiya qüvvələri Zaporojye AES-ə giriş üçün AEBA-nın nümayəndə heyətinə vəsiqə verməkdən imtina edir.

Bildirilib ki, nümayəndə heyəti Ukraynanın nəzarətində olan ərazidəki keçid məntəqəsində gözləyir.

Qeyd edək ki, Rusiya və Ukrayna qüvvələri arasında cəbhə xəttində yerləşən və Rusiya hərbi qüvvələrinin nəzarətində olan Zaporojye AES-in taleyi qlobal narahatlığa səbəb olub.
Ərazi son günlər dəfələrlə atəşə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR