AEBA rəhbəri: Kaxovka su anbarının dağılması Zaporojye AES-i soyutmadan məhrum edə bilər

AEBA rəhbəri: Kaxovka su anbarının dağılması Zaporojye AES-i soyutmadan məhrum edə bilər
# 07 iyun 2023 23:05 (UTC +04:00)

Kaxovka SES-in bəndinin dağıdılması Zaporojye AES-in reaktorlarını ortamüddətli perspektivdə soyutmadan məhrum edə bilər.

APA-nın məlumatına görə, bunu AEBA-nın Baş direktoru Rafael Qrossi bildirib.

“Əgər biz soyutma qabiliyyətini itirsək, reaktorun nüvəsində ərimə baş verə, bu da bəzi radioloji nəticələr doğura bilər. Bundan əlavə reaktorların özləri də çox ciddi zədələnə bilər. Beləliklə, bəzi nəticələrin olma ehtimalı var və təbii ki, biz bunu tam nəzərdən keçirməliyik”, - Qrossi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR