AEBA Rusiyaya Zaporojye AES-i tərk etməyə çağırış edəcək

AEBA Rusiyaya Zaporojye AES-i tərk etməyə çağırış edəcək
# 09 sentyabr 2022 17:23 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarəetmə Şurası Rusiyaya Zaporojye AES-i və Ukraynadakı bütün nüvə obyektlərini tərk etməyə çağırış edəcək.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu, Polşa və Kanada tərəfindən BMT Təhlükəsizlik Şurasının (TŞ) iclası üçün hazırlanan qətnamə layihəsində əksini tapıb.

Sözügedən layihə bu ilin mart ayında BMT TŞ tərəfindən keçirilən növbədənkənar iclasda qəbul edilən qətnamənin davamıdır.

Xatırladaq ki, Rusiya və Çin həmin qətnamə ilə razılaşmayıb. Diplomatlar belə hesab edir ki, bu qətnamə ilə Rusiyaya təsir edə və ZAES-in atəşə tutulması ilə yaranan nüvə təhlükəsinin qarşısını ala biləcəklər.

Hacı Cavadov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR