AEBA Ukraynanın bütün AES-lərində iştirakını gücləndirəcək

Dmitri Kuleba - Rafael Qrossi

© APA | Dmitri Kuleba - Rafael Qrossi

# 29 noyabr 2022 18:26 (UTC +04:00)

"Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Ukraynanın bütün AES-lərində iştirakını gücləndirəcək".

APA xəbər verir ki, bunu AEBA-nın baş direktoru Rafael Qrossi “Twitter”də yazıb.

Qrossinin sözlərinə görə, Ukrayna öz enerji infrastrukturunu qorumalıdır.

O həmçinin əlavə edib ki, Zaporojye AES ətrafında nüvə təhlükəsizliyi zonasının təcili surətdə yaradılması üzrə birgə işlərin həyata keçirilməsini Ukrayna XİN rəhbəri Dmitri Kuleba ilə birlikdə davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR