AEBA Zaporojye AES-ə nümayəndə heyəti göndərəcək

AEBA Zaporojye AES-ə nümayəndə heyəti göndərəcək
# 09 iyun 2023 12:33 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Zaporojye Atom Elektrik Stansiyasına (AES) 13 nəfərdən ibarət nümayəndə heyəti göndərməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə məlumatı “Rosenerqoatom ” konserni rəhbərinin müşaviri Renat Karçaa təsdiqləyib.

Karçaa qeyd edib ki, BMT Təhlükəsizlik Departamentinin bu barədə notası Rusiyaya göndərilib, səlahiyyətli qurumlar məsələ üzərində çalışır.

Həmçinin əlavə olunub ki, AEBA nümayəndə heyətinin marşrutu ətraflı şəkildə hazırlanır.

Xatırladaq ki, bir müddət öncə AEBA tərəfindən Zaporojye AES-ə səfərin gələn həftəyə planlaşdırıldığı və bunun, stansiyaya üçüncü səfər olacağı bildirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR