Aİ 2023-cü ilin qışında qazla bağlı təhlükəli vəziyyətdə qala bilər

AI Enerji komissarı Kadri Simson

© APA | AI Enerji komissarı Kadri Simson

# 20 iyul 2022 15:21 (UTC +04:00)

Hazırkı mərhələdə üzv dövlətlər tərəfindən qazdan istifadənin 15% azaldılması təklifi könüllüdür, lakin lazım gələrsə, Avropa Komissiyası bunu məcburi hala gətirəcək.

APA xəbər verir ki, bunu Avropa İttifaqının Enerji komissarı Kadri Simson mətbuat konfransında deyib.

Enerji komissarı bildirib ki, Aİ-nin qaz ehtiyatı hazırda 65%-ə yaxındır, lakin Rusiyanın qaz təchizatının kəsilməsi noyabra qədər Aİ-nin 80%-lik doldurma hədəfinə çatmaması anlamına gələ bilər. Belə halda Aİ 2023-cü ilin qışında təhlükəli vəziyyətdə qala bilər.

Kadri Simson əlavə edib ki, Avropa Komissiyası qaza qənaətlə bağlı addımın avqustun əvvəlindən atılmasını və martın sonuna qədər davam etməsini təklif edir.

“Əgər bu istiqamətdə inkişaf olmasa və ya vəziyyət ağırlaşarsa, Avropa Komissiyası Aİ xəbərdarlığını aktivləşdirə bilər", - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR