Aİ enerji nazirləri qaza tələbatın azaldılması ilə bağlı siyasi razılığa gəlib

Aİ enerji nazirləri qaza tələbatın azaldılması ilə bağlı siyasi razılığa gəlib
# 26 iyul 2022 14:12 (UTC +04:00)

Avropa İttifaqına (Aİ) üzv ölkələrin enerji nazirləri razılığa gəlib.

APA xəbər verir ki, bu barədə Aİ Şurasının Çexiya sədrliyinin "Twitter" hesabında məlumat verilib.

“Bu, qeyri-mümkün bir missiya deyildi! Nazirlər qarşıdan gələn qış ərəfəsində qaza tələbatın azaldılması ilə bağlı siyasi razılığa gəliblər”, - qeyd olunub.

Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela vurğulayıb ki, Aİ hər zaman həmrəydir:

“Bugünkü qərar açıq şəkildə göstərdi ki, üzv dövlətlər Rusiyanın enerji təchizatından silah kimi istifadə edərək Aİ-ni parçalamaq cəhdinə qarşı duracaqlar. Qazın azaldılması təklifinin rekord müddətdə qəbul edilməsi, şübhəsiz ki, ümumi enerji təhlükəsizliyimizi gücləndirdi. İndi qaza qənaət etmək hazırlığımız yaxşılaşacaq. Qış Aİ vətəndaşları və sənayesi üçün daha ucuz və asan olacaq”.

Bildirilir ki, Macarıstan istisna olmaqla, Aİ ölkələri 2022-ci il avqustun 1-dən 2023-cü il martın 31-dək qaz istehlakını 15% azaltmaq barədə Avropa Komissiyasının təklifini dəstəkləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR