Aİ İranda insan hüquqlarının pozulmasına görə əlavə 8 fiziki şəxsə və 1 quruma sanksiya tətbiq edib

Aİ İranda insan hüquqlarının pozulmasına görə əlavə 8 fiziki şəxsə və 1 quruma sanksiya tətbiq edib
# 20 mart 2023 18:16 (UTC +04:00)

Avropa İttifaqı bu gün İranda ciddi insan haqları pozuntularına görə məsuliyyət daşıyan əlavə 8 şəxs və 1 quruma qarşı sanksiyalar tətbiq edib.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının saytında məlumat verilib.

Məlumata görə, sanksiyalar xüsusilə ədalətsiz məhkəmə proseslərində ölüm hökmlərinin çıxarılmasına və məhkumlara işgəncə verilməsinə görə məsuliyyət daşıyan məhkəmə orqanlarının üzvlərinə tətbiq edilib.

Sanksiyalar siyahısında son etirazlar zamanı xarici girovların məcburi etiraflarını yayımlayan İran İslam Respublikası Yayımlarının (IRIB) mədəniyyət işləri və siyasətin təkamülü üzrə rəhbəri Vahid Cəlili də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR