Aİ Kaxovka su anbarının vurulmasına görə Ukraynaya humanitar yardım göndərib

Aİ Kaxovka su anbarının vurulmasına görə Ukraynaya humanitar yardım göndərib
# 07 iyun 2023 15:09 (UTC +04:00)

Avropa İttifaqı Kaxovka su anbarının vurulmasından sonra meydana gələn fəlakətlə əlaqədar Ukraynaya yardım göndərib.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının büdcə, humanitar yardım və böhran idarəçiliyi məsələləri üzrə mətbuat katibi Balazs Ujvari bildirib.

"Kaxovka su anbarının partladılmasından sonra Mülki Müdafiə Mexanizmi çərçivəsində Aİ-nin yardımı yoldadır. Avstriya, Almaniya, Litva Ukraynaya su konteynerləri, nasoslar, düşərgə çarpayıları və müvəqqəti sığınacaq üçün materiallar göndərir", o deyib.

Xatırladaq ki, iyunun 6-sı səhər saatlarında Kaxovka su anbarı partladılıb. Ukrayna tərəfi su anbarının Rusiya qüvvləri tərəfindən partladıldığını bəyan edib. Su anbarının partladılması nəticəsində Dnepr çayı boyunca ərazilər Xerson vilayətinin böyük bir qismi su altındadır,ə'halinin həmin ərazilərdən köçürülməsinə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR