Aİ komissarı Gürcüstana səfər edəcək

Aİ komissarı Gürcüstana səfər edəcək
# 14 noyabr 2022 19:38 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi sabah Gürcüstana səfər edəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb. Bildirilib ki, O. Varhelyi Gürcüstana səfəri çərçivəsində Baş nazir İrakli Qaribaşvili ilə təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.

Gürcüstanın hökumət administrasiyasında baş tutacaq görüşlərdən sonra tərəflər mətbuata birgə açıqlama verəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR