Aİ komissarı: Rusiyanın qaz həcmini azaltması siyasi qərardır

Aİ-nin enerji üzrə komissarı Kadri Simson

© APA | Aİ-nin enerji üzrə komissarı Kadri Simson

# 26 iyul 2022 11:40 (UTC +04:00)

Rusiyanın "Şimal axını-1" kəməri vasitəsilə ötürdüyü qazın həcmini azaltması siyasi qərardır.

APA xəbər verir ki, bunu Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson bu gün keçiriləcək Aİ-nin enerji nazirlərinin fövqəladə iclasından qabaq jurnalistlərə açıqlamasında bildirib.

"Dünən "Qazprom"un açıqlaması bir daha göstərdi ki, biz Rusiyanın qaz ixracının kəsilməsinə hər an hazır olmalıyıq. Buna hazır olmaq üçün isə indidən addımlar atmalıyıq. Bunun üçün biz qaza olan tələbi azaltmağı təklif etmişik. Bu addım qaz anbarlarımızı doldurmaq imkanı verəcək. Qeyd edim ki, hazırda Avropanın qaz anbarlarının ehtiyatı 66 faiz təşkil edir", - o vurğulayıb.

Aİ komissarı deyib ki, Rusiyanın qaz ixracını azaltması üçün heç bir texniki səbəb yoxdur və bu qərar məhz siyasi əsaslı addımdır: "Elə buna görə də biz bütün bunlara hazır olmalıyıq. Avropa Komissiyasının təklif etdiyi qaza qənaət təklifi məntiqlidir".

Xatırladaq ki, iyulun 25-də Rusiyanın enerji nəhəngi "Qazprom" avadanlığın təmirini əsas gətirərək bildirib ki, əsas boru kəməri vasitəsilə Avropaya təbii qaz axınını 20%-dək azaldacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR