Aİ liderləri Ukraynaya sursat nəqlinin sürətləndirilməsi planını dəstəkləyib

Aİ liderləri Ukraynaya sursat nəqlinin sürətləndirilməsi planını dəstəkləyib
# 23 mart 2023 22:31 (UTC +04:00)

Aİ ölkələrinin liderləri Ukraynaya sursat təchizatının sürətləndirilməsi və hərbi istehsalın artırılması planını dəstəkləyiblər.

APA-nın məlumatına görə, bəyanatın mətni Avropa Komissiyasının saytında dərc olunub.

Qeyd edilir ki, tədarüklər Aİ-nin ayrı-ayrı ölkələrinin müdafiə qabiliyyətinə xələl gətirmədən həyata keçirilməlidir.

Ehtimal olunur ki, birinci mərhələdə Aİ ölkələri Ukraynaya sursatları öz ehtiyatlarından tədarük edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR