Aİ-nin komissarı Gürcüstanda səfərdədir

Aİ-nin komissarı Gürcüstanda səfərdədir
# 15 noyabr 2022 12:03 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi Gürcüstanda səfərdədir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, O. Varhelyi iki günlük səfər çərçivəsində Gürcüstanın qanunverici və icraedici hakimiyyətinin ali nümayəndələri ilə görüşlər keçirəcək.

O. Varhelyinin Baş nazir İrakli Qaribaşvili ilə təkbətək və geniş tərkibdə görüşləri də planlaşdırılıb. Gürcüstanın hökumət administrasiyasında baş tutacaq görüşlərdən sonra tərəflər mətbuata birgə açıqlama verəcəklər.

O. Varhelyi, həmçinin Gürcüstan Prezidenti Salome Zurabişvili ilə də görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR