Aİ-nin qaz anbarları 80%-dən çox dolub

Aİ-nin qaz anbarları 80%-dən çox dolub
# 31 avqust 2022 11:34 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) qaz anbarları hazırda 80%-dən çox dolub.

APA xəbər verir ki, bunu Aİ-nin enerji üzrə komissarı Kadri Simson "Twitter"də bildirib.

Onun sözlərinə görə, bu, noyabrın 1-ə qədər olan hədəfi qabaqlayır.

"Üzv dövlətlər və şirkətlər çox yaxşı iş görüb. Qaz anbarı səviyyəsinin hələ də aşağı olduğu yerləri doldurmağa davam edək və Aİ-nin tələbinin azaldılması planını həyata keçirək. Bu, bizə qışı təhlükəsiz keçirməyə kömək edəcək", o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR