Aİ-nin xüsusi nümayəndəsi: “10 erməni hərbçini təhvil verilməsi Azərbaycanın vacib  jestdir”

Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar

© APA | Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar

# 19 dekabr 2021 12:34 (UTC +04:00)

“Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan tərəfinin saxlanılan 10 erməni hərbçini evə qaytarmasına görə şadam”.
APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar "Twitter"də bildirib.
Toivo Klaar qeyd edib ki, bu, humanitar məsələlərin həlli prosesində Azərbaycan tərəfindən vacib bir jestdir: “Avropa İttifaqı Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Aİ Şurasının prezidenti arasında uğurlu görüşlərə əsaslanaraq hər iki ölkə ilə işləməyə davam edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR