Aİ-nin yeni sanksiya paketində Rusiya FSB-nin əməliyyatçıları və kimyəvi silah ekspertləri var

Aİ-nin yeni sanksiya paketində Rusiya FSB-nin əməliyyatçıları və kimyəvi silah ekspertləri var
# 14 noyabr 2022 19:27 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) yeni sanksiyalar paketi 20 avqust 2020-ci ildə Aleksey Navalnının "Noviçok" tipli sinir agenti ilə zəhərlənməsi və Suriyaya kimyəvi silahların çatdırılması sistemlərinin istehsalı ilə əlaqəli on nəfəri və bir qurumu hədəf alır.

APA xəbər verir ki, bu barədə Aİ-nin bəyanatında bildirilib.

Qeyd olunub ki, Navalnının işi ilə bağlı yeni siyahıda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməliyyatçıları və yüksək rütbəli məmurları və Rusiyanın kimyəvi silah ekspertləri var.

Suriyaya gəldikdə isə, Aİ "MHD Nazier Houranieh & Sons"a sanksiya tətbiq edib. Bu qurum Suriya Tədqiqat Mərkəzinə (SSRC) kimyəvi silahların çatdırılması sistemlərinin istehsalında istifadə olunan materialları verib.

Aİ-nin kimyəvi silahın istifadəsi və yayılmasına qarşı məhdudlaşdırıcı tədbirləri indi ümumilikdə 25 fiziki şəxsə və 3 müəssisəyə şamil edilir.

Sanksiyalara əsasən, bu hüquqi və fiziki şəxslər aktivlərin dondurulmasına və onların Aİ ərazilərinə daxil olmasına və ya tranzit keçişə mane olan səyahət qadağasına məruz qalır.

Aİ vətəndaşları və şirkətlərinə də sanksiya tətbiq olunanlara vəsait ayırmaq qadağandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR