Aİ ölkələri 15 min ukraynalı hərbçiyə təlimlər keçəcək

Cozep Borrell

© APA | Cozep Borrell

# 14 noyabr 2022 11:39 (UTC +04:00)

Aİ ölkələri Polşada 15 min ukraynalı hərbçiyə təlimlər keçəcək.

APA xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Aİ-nin ukraynalı hərbçilər üçün təlim missiyası ilə bağlı uzun müddətdir ki, müzakirələr gedir: "Və bu gün keçiriləcək iclasda bu missiyanın rəsmən başladılması ilə bağlı qərar verəcəyik. Təlim missiyası yaxın həftələrdə Polşada işinə başlayacaq və burada bir çox ölkələr öz töhfəsini verəcək. 15 minə qədər ukraynalı əsgərə təlim keçəcəklər".

Aİ-nin Ali Nümayəndəsi Xersonun azad olunması ilə bağlı da danışıb. Bunu çox yaxşı xəbər adlandıran Cozep Borrel müttəfiqlərin Ukraynaya yardım davam etdirməli olduğunu vurğulayıb.

"Biz bu gün həm də Ukraynaya hərbi yardımın artırılmasını müzakirə edəcəyik", o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR