Aİ ölkələri Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsini müzakirə edəcək

Aİ ölkələri Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsini müzakirə edəcək
# 21 mart 2023 23:56 (UTC +04:00)

Martın 23-24-də keçiriləcək Avropa İttifaqı sammitinin iştirakçıları Aİ-nin hərbi istehsal imkanlarının genişləndirilməsi və yaxın 12 ay ərzində Ukraynaya 1 milyon mərmi tədarükü planını nəzərdən keçirəcəklər.

APA-nın məlumatına görə, bu barədə çərşənbə axşamı Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Aİ-nin 27 ölkəsinin liderlərinə göndərdiyi və Avropa Şurasının mətbuat xidməti tərəfindən dərc edilmiş yazılı dəvətnamədə deyilir.

Sammitdə Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi məsələlərinə də baxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR