Aİ ölkələri Ukraynaya mərmi tədarükünü sürətləndirmək barədə razılaşıb

Cozep Borrell

© APA | Cozep Borrell

# 09 mart 2023 14:29 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya artilleriya mərmilərinin tədarükünü sürətləndirməyə və daha çox sursat almağa razılaşıblar.

APA xəbər verir ki, bu barədə Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell müdafiə nazirlərinin Stokholmda keçirilən görüşündəki çıxışı zamanı bildirib.

O həmçinin qeyd edib ki, bir sıra həll olunmamış məsələlər səbəbindən Aİ ölkələri nəzəriyyədən praktikaya necə keçəcəklərini hələ də ayırd etməyiblər.

Plana əsasən, Ukraynaya mərmi göndərilməsi və yenilərinin alınması üçün Aİ ölkələri hər əməliyyata görə (həm mərmi göndərilməsinə, həmçinin yeni sursatların əldə olunması üçün) 1 milyard avro məbləğində maliyyə dəstəyi alacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR