Aİ Prezidenti: Ukrayna ilə 10 maddəlik sülh planı üzərində işləyəcəyik

Aİ Prezidenti: Ukrayna ilə 10 maddəlik sülh planı üzərində işləyəcəyik
# 03 fevral 2023 19:24 (UTC +04:00)

Həm Ukrayna, həm də Avropa İttifaqı (Aİ) bu müharibənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında başa çatdırılması kimi ortaq məqsədi bölüşür.

APA xəbər verir ki, bunu Aİ Şurasının Prezidenti Şarl Mişel “Ukrayna-Avropa İttifaqı” sammitinin nəticələri ilə bağlı çıxışında deyib.

“Ona görə də biz Ukraynanın Sülh Formulu təşəbbüsünü dəstəkləyirik və Ukrayna ilə 10 maddəlik sülh planı üzərində fəal şəkildə işləyəcəyik. Biz, həmçinin bu planın başladılması üçün Sülh Formulu Sammiti ideyasını da dəstəkləyirik”.

Şarl Mişel çıxışında qeyd edib ki, Rusiya Ukraynanın yenidən inşasını ödəməlidir və Aİ Rusiyanın dondurulmuş vəsaitlərindən onun yaratdığı dağıntıların aradan qaldırılmasında istifadəsi üçün yollar axtarır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR