Aİ rəhbəri deportasiya edilmiş ukraynalı uşaqlarla bağlı konfrans təşkil etməyi planlaşdırır

Aİ rəhbəri deportasiya edilmiş ukraynalı uşaqlarla bağlı konfrans təşkil etməyi planlaşdırır
# 24 mart 2023 08:49 (UTC +04:00)

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Polşa ilə birgə Ukraynadan deportasiya edilmiş uşaqlarla bağlı konfrans təşkil etməyi planlaşdırır.

APA-nın xəbərinə görə, bu barədə Brüsseldə keçirilən Avropa İttifaqı sammitinin birinci gününün yekunlarına dair məlumatında deyilir.

Lyayen, Polşanın Baş naziri Mateuş Moravetski ilə onların geri qayıtması üçün beynəlxalq dəstəyi səfərbər etmək üçün işləyəcəyini söylədi.

"Bu günə qədər deportasiya edilmiş 16 200 uşaqdan xəbərdarıq, onlardan yalnız 300-ü geri qayıdıb və bu cinayət əməlləri Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi həbs qərarına tam haqq qazandırır. Biz çox gərgin işin başlanğıcındayıq, bu uşaqların harada olduğunu müəyyən etmək üçün bütün mümkün tədbirləri görmək üçün beynəlxalq təzyiqləri birləşdirməyə çalışırıq. Biz BMT və müvafiq beynəlxalq təşkilatlara Rusiyaya deportasiya edilmiş uşaqlar haqqında daha yaxşı və dolğun məlumat əldə etməkdə kömək etməyə çalışırıq”, - deyə fon der Lyayen vurğulayıb.

Diplomat əlavə edib ki, bura “sonradan övladlığa götürülən və ya Rusiya himayədar ailələrinə verilən” uşaqlar da daxildir.

;
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR