Aİ Rusiyanın dondurulmuş valyuta ehtiyatlarını Ukraynanın bərpasına yönəldə bilər

Aİ Rusiyanın dondurulmuş valyuta ehtiyatlarını Ukraynanın bərpasına yönəldə bilər
# 09 may 2022 09:44 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş valyuta ehtiyatlarını Ukraynanın bərpasına yönəldə bilər.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell “Financial Times” qəzetinə müsahibəsində deyib.

“Mən bu addımı dəstəkləyərdim, çünki məntiqlidir”, - o qeyd edib.

Cozep Borrell ABŞ-ın Əfqanıstana humanitar yardım göstərmək və potensial terror qurbanlarına dəstək üçün bu ölkənin Mərkəzi Bankının valyuta ehtiyatlarını nəzarətə götürməsini də nümunə göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR