Aİ Rusiyaya qarşı sanksiyalardan yan keçdiyi üçün Mərkəzi Asiya ölkələrinə məhdudiyyət tətbiq etməyəcək

Aİ Şurasının Prezidenti Şarl Mişel

© APA | Aİ Şurasının Prezidenti Şarl Mişel

# 02 iyun 2023 19:25 (UTC +04:00)

Avropa İttifaqı Rusiya Federasiyasına məhdudiyyətlərdən yan keçdiyi üçün Mərkəzi Asiya ölkələrinə qarşı sanksiyalar tətbiq etməyəcəyinə söz verib.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Qırğızıstanda keçirilən Aİ-Mərkəzi Asiya ölkələrinin ikinci sammitindən sonra mətbuat konfransında deyib.

"Rusiyanın müharibə maşını dəstəkləyənlərə qarşı artıq bir sıra addımlar atmışıq, 10-cu sanksiyalar paketini təsdiq etmişik və hazırda biz sanksiyalardan yayınma riskini azaltmaq üçün 11-ci sanksiyalar paketini müzakirə edirik. Ancaq mən bunu açıq şəkildə bildirmək istəyirəm ki, biz heç bir ekstraterritorial tədbir, sanksiya tətbiq etmirik, bu, xüsusilə vacibdir. Biz bütün tərəfdaşlarımızla yalnız dialoq yolu ilə işləmək istəyirik. Bunun üçün biz artıq sanksiyalar üzrə xüsusi nümayəndəni [David] O'Sullivanı təyin etmişik. O, tərəfdaşlarımızı Rusiyaya kömək etməməyə inandırmaq üçün regionun bütün ölkələri ilə görüşmək və onlarla sanksiyalarla bağlı bütün məsələləri müzakirə etmək imkanı əldə edib. Xüsusi nümayəndəmiz həmçinin qarşı tərəfləri dinləyir, sanksiyalarımızın nəticələri barədə onların fikirlərini eşidir", - Mişel bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR