Aİ Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar paketi hazırlayır

Aİ Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar paketi hazırlayır
# 23 sentyabr 2022 03:53 (UTC +04:00)

Avropa İttifaqı, fiziki şəxslərə məhdudiyyətlər və əməkdaşlığın texnoloji hissəsinə yönəlmiş iqtisadi tədbirlər daxil olmaqla, Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır.

APA-nın məlumatına görə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə nazirlər toplantısından sonra jurnalistlərə bildirib.

“Avropa İttifaqı Şurası ayrı-ayrı şəxslərə qarşı yeni sanksiyalar paketini araşdırır, indi onların adını çəkə bilmərəm, həmçinin Rusiya ilə münasibətlərimizin texnoloji hissəsinə yönəlmiş iqtisadi sanksiyaların tətbiqini araşdırır,” - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR