Aİ silah alınması üçün Ukraynaya daha 500 milyon avro ayırıb

Aİ silah alınması üçün Ukraynaya daha 500 milyon avro ayırıb
# 21 iyul 2022 07:45 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Ukrayna silahlı qüvvələrinə dəstək üçün daha 500 milyon avro ayırıb.

APA-nın məlumatına görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel “Twitter”də bildirib.

Bildirilib ki, bu, hərbi yardımın beşinci tranşıdır.

Vəsaitin ayrılması ilə bağlı siyasi razılıq mayın 18-də Aİ xarici işlər nazirlərinin görüşündə əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR