Aİ Türkiyədəki zəlzələdən sonra fövqəladə vəziyyətdə xəritə xidməti göstərmək üçün "Kopernik" peyk sistemini aktivləşdirib.
APA xəbər verir ki, bu barədə Aİ-nin Ali Nümayəndəsi və böhranlar üzrə komissarının birgə bəyanatında bildirilib.
“Avropa İttifaqı Mülki Müdafiə Mexanizmini aktivləşdirdikdən sonra Türkiyə üçün axtarış-xilasetmə qruplarını səfərbər edib. Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Yunanıstan, Niderland, Polşa və Rumıniyadan 10 axtarış-xilasetmə qrupu sürətlə səfərbər edilib. İtaliya və Macarıstan da Türkiyəyə xilasetmə qruplarını təklif edib. Aİ-nin Fövqəladə Hallara Müdaxilə Koordinasiya Mərkəzi, lazım gələrsə, əlavə dəstəyi koordinasiya etmək üçün Türkiyə rəsmiləri ilə birbaşa əlaqə saxlayır. Aİ-nin "Kopernik" peyk sistemi də fövqəladə xəritə xidmətləri göstərmək üçün işə salınıb”, - birgə bəyanatda deyilib.
Aİ həmçinin güclü zəlzələdən sonra Suriyada zərər çəkənlərə dəstək verməyə də hazır olduğunu qeyd edib.
***
12:53
Avropa İttifaqının Niderland və Rumıniyadan xilasedici komandası Türkiyəyə yola düşüb.
APA xəbər verir ki, bunu Aİ-nin böhranların idarə edilməsi üzrə komissarı Janez Lenarcic bildirib.
"Bu səhər Türkiyədə baş verən zəlzələdən sonra Aİ-nin Mülki Müdafiə Mexanizmini işə saldıq. Aİ-nin Fövqəladə Hallara Cavab Koordinasiya Mərkəzi Avropadan xilasetmə qruplarının göndərilməsini koordinasiya edir. Niderland və Rumıniyadan xilasedici komandalar artıq yoldadır" - deyə, o, qeyd edib.
Zümrüd Paşkin
Aləmdə Nəsib