Aİ Türkiyədə zəlzələ bölgəsində müvəqqəti sığınacaqlar yaradacaq

Aİ Türkiyədə zəlzələ bölgəsində müvəqqəti sığınacaqlar yaradacaq
# 09 fevral 2023 17:01 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Türkiyədəki zəlzələnin fəsadlarının aradan qaldırılmasında bu ölkəyə kömək etmək üçün Aİ-nin fövqəladə vəziyyətlə bağlı strateji ehtiyatını səfərbər edir.

APA xəbər verir ki, bu barədə Aİ-nin böhranların idarə edilməsi üzrə komissarı Janez Lenarçiç bildirib.

Onun sözlərinə görə, Türkiyədəki güclü zəlzələdən əziyyət çəkmiş şəxslər üçün Aİ-nin İsveç və Rumıniyadakı ehtiyatlarından müvəqqəti sığınacaqlar təmin ediləcək.

Qeyd edək ki, müvəqqəti sığınacaq dəstinə yüngül sığınacaqlar, çarpayı, çarşaf, döşək həmçinin sığınacaqları enerji təchizatı ilə birləşdirmək üçün elektrik materialı daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR