Aİ Türkiyəyə 1150 xilasedici və 70 it göndərib

Aİ Türkiyəyə 1150 xilasedici və 70 it göndərib
# 07 fevral 2023 12:31 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) 19 ölkəsi Türkiyəyə 27 axtarış-xilasetmə və tibbi komanda göndərib.

APA xəbər verir ki, bu barədə Aİ-nin Böhran İdarəetməsi komissarı Yanez Lenarçik (Janez Lenarčič) “Twitter” paylaşımında qeyd edib.

O, zəlzələdən sonra Aİ-dən ümumilikdə 1150 xilasedicinin və 70 xilasetmə itinin Aİ Mülki Müdafiə Mexanizmi vasitəsilə Türkiyə göndərildiyini bildirib.

Aİ komissarı Türkiyəyə yardım göndərən ölkələrə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR