Aİ Ukrayna, Gürcüstan və Moldovanın üzvlük müraciətinə iyunda münasibət bildirəcək

Aİ Ukrayna, Gürcüstan və Moldovanın üzvlük müraciətinə iyunda münasibət bildirəcək
# 31 may 2022 09:37 (UTC +04:00)

Avropa Şurası Ukrayna, Gürcüstan və Moldovanın Avropa İttifaqına (Aİ) üzvlük namizədi statusu ilə bağlı müraciətinə iyunda münasibət bildirəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Avropa Şurasının yekun bəyanatında bildirilib.

“Avropa Şurası Ukraynanın, eləcə də Moldova və Gürcüstanın Aİ-yə üzvlük müraciəti ilə bağlı Komissiyanın rəylərinin hazırlanmasını nəzərə alır və iyun iclasında məsələyə yenidən baxacaq”, - deyə bəyanatda bildirilib.

Sənəddə qeyd olunub ki, Avropa Şurası Rusiyanın Ukraynaya qarşı müharibəsinin qonşuluqdakı ölkələrə və Qərbi Balkanlara təsirlərini yaxından izləyir.

Yekun bəyanatda Belarusda repressiyalara son qoyulmasına dair çağırış edilib və Belarus xalqının yeni, azad və ədalətli seçkilərə demokratik hüququ olduğu xatırladılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR