Aİ: Ukrayna ordusunun təchizatının tükənməsinə imkan verməyəcəyik

Cozep Borrell

© APA | Cozep Borrell

# 17 may 2022 19:14 (UTC +04:00)

"Aİ Ukrayna ordusunun təchizatının tükənməsinə imkan verməyəcək".

APA xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell mətbuat konfransında deyib.

O bildirib ki, Aİ-nin verdiyi dəstək müharibə meydanında, Urkayna Silahlı Qüvvələrinin potensialında fərq yaradır: "Biz onların mübarizə səylərinin davam etməsinə yardım etməliyik. Bizim dəstəyimiz indi çox vacibdir, çünki müharibə gedir və vacib nöqtəsində - dönüş nöqtəsindədir".

Aİ-nin baş diplomatı bildirib ki, blok Ukraynanın ərazisində, Donbas regionunda Rusiyaya qarşı müharibənin davam etdiyi bir vaxtda Ukrayna ordusunun texnikasının tükənməsinə imkan verməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR