Aİ Ukraynanın 4 regionunda keçirilən “referendum”un nəticələrini tanımayıb

Aİ Ukraynanın 4 regionunda keçirilən “referendum”un nəticələrini tanımayıb
# 28 sentyabr 2022 05:18 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına birləşməsi ilə bağlı keçirilən seçkilərə münasibət bildirib.

APA xəbər verir ki, bu barədə Şartl Mişe “Twitter” səhifəsində paylaşım edib.

O, keçirilən “referendumların” nəticələrini tanımadığını bildirib.

“Saxta referendum. Saxta nəticələr. Biz də tanımırıq”, - deyə o, bildirib.

Sentyabrın 23-dən 27-dək Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində bu vilayətlərin Rusiya Federasiyasının subyektləri kimi Rusiyanın tərkibinə daxil olması ilə bağlı “referendumlar” keçirilib.

Rusiya KİV-lərinin məlumatına görə, səslərin 100%-i hesablandıqdan sonra seçicilərin Rusiya Federasiyasına birləşməyə dəstəyi ən azı 87% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR