Aİ Ukraynanın sürücülük vəsiqələrini tanıyacaq

Aİ Ukraynanın sürücülük vəsiqələrini tanıyacaq
# 29 iyun 2022 19:48 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Ukraynanın sürücülük vəsiqələrini tanıyacaq.

APA xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal "Twitter"də bildirib.

"Biz bu gün Aİ ilə avtomobil nəqliyyatının liberallaşdırılması haqqında saziş imzaladıq. Aİ Ukraynanın sürücülük vəsiqələrini tanıyacaq. Ukrayna daşıyıcılarının Aİ-yə daxil olmaq üçün icazəyə ehtiyacı olmayacaq. Tərəfdaşlarımıza göstərdikləri dəstəyə görə minnətdarıq!" - o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR