Aİ Ukraynaya 5 milyard avroluq maliyyə yardımı ayırıb

Aİ Ukraynaya 5 milyard avroluq maliyyə yardımı ayırıb
# 03 oktyabr 2022 17:16 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) və Ukrayna arasında 5 milyard avroluq makro-maliyyə yardımının ayrılması barədə anlaşma memorandumu imzalanıb.

APA xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

Ukrayna hökumət başçısı bu qərara görə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenə və ticarət məsələləri üzrə komissar Valdis Domborviskisə təşəkkür edib.

“Bu, Aİ-nin Ukraynaya bu müharibədə qalib gəlməkdə, özünü bərpa etməkdə və Avropadakı gələcəyi istiqamətində irəliləməsinə göstərdiyi qətiyyətinin nümunəsidir”, - Denis Şmıqal qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR