Aİ və NATO vacib infrastrukturu birgə qorumaq üçün İşçi qrupu yaradır

Aİ və NATO vacib infrastrukturu birgə qorumaq üçün İşçi qrupu yaradır
# 11 yanvar 2023 13:09 (UTC +04:00)

“Rəqiblərimiz və düşmənlərimiz bütün imkanlardan istifadə edərək bizə qarşı problemlər, çətinliklər yaratmağa çalışır".

APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen NATO Baş katibi Yens Stoltenberqlə birgə mətbuat qarşısında bəyanatında deyib.

“Biz bu gün Rusiyanın Ukraynaya qarşı müharibəsi, Ukraynaya iqtisadi, humanitar və təhlükəsizlik yardımını müzakirə edəcəyik. Eyni zamanda, bu müharibənin Avropa üçün nəticələrini, təhlükəsizlik siyasətimizdə potensial dəyişiklər barədə müzakirə aparacağıq.

Aİ-nin güclü müdafiə siyasəti həm də güclü NATO deməkdir”, - Ursula von der Leyen bildirib.

O qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə Avropa da hərbi xərclərini artırıb: “Biz bu gün həmçinin vacib infrastrukturumuza qarşı mümkün təhdidləri müzakirə edəcəyik. "Şimal axını"nda sabotajın olması göstərdi ki, biz hazır olmalıyıq.

Eyni zamanda, biz bu gün NATO ilə İşçi qrupunun əsasını qoyacağıq. Bu İşçi qrupu bizim infrastrukturumuzun dayanıqlılığının gücləndirilməsi, təhdidləri öyrənmək, strateji zəifliklərimizi müəyyənləşdirmək üçün işləyəcək”.

Avropa Komissiyasının Prezidenti vurğulayıb ki, bu İşçi qrupu çərçivəsində NATO və Aİ dörd istiqamətdə - nəqliyyat, enerji, dijital və kosmos sektorunda işləyəcək - informasiyaları, ən yaxşı təcrübələri bölüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR