Aİ XİN başçıları Ukraynaya hərbi yardımı müzakirə edəcək

Cozep Borrell

© APA | Cozep Borrell

# 23 yanvar 2023 11:46 (UTC +04:00)

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Ukraynaya hərbi yardımı müzakirə edəcək.

APA xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ -nin Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

"Mən ümid edirəm ki, bu gün biz Aİ-nin Sülh Mexanizmi üçün yeni tranşla bağlı siyasi konsensusa da nail ola biləcəyik", -Borrell söyləyib.

Qeyd edək ki, Aİ bu Mexanizm çərçivəsində Ukraynaya hərbi humanitar yardım edir.

Bir neçə gün əvvəl Almaniyada Ramşteyndə keçirilən Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasını xatırladan Aİ-nin Ali Nümayəndəsi deyib ki, bu gün XİN başçıları Ukraynaya hərbi yardımı, müharibədəki son vəziyyəti və tankların Ukraynaya verilməsini müzakirə edəcək.

Cozep Borrell əlavə edib ki, iclasda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR