Akar britaniyalı həmkarı ilə regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə edəcək

Akar britaniyalı həmkarı ilə regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə edəcək
# 05 oktyabr 2022 23:23 (UTC +04:00)

Türkiyə milli müdafiə naziri Hulusi Akar Böyük Britaniyada səfərdədir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, səfər Böyük Britaniya müdafiə naziri Ben Uollesin rəsmi dəvəti ilə baş tutub.

Akar səfər zamanı həmkarı ilə ikitərəfli və regional müdafiə və təhlükəsizlik, müdafiə sənayesində əməkdaşlıq mövzularında fikir mübadiləsi aparacaq.

Bundan əlavə müdafiə sənayesi şirkətləri ilə danışıqların aparılması planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR