Akar: Bu il Türkiyə ordusu 4 min terrorçunu zərərsizləşdirib

Hulusi Akar

© APA | Hulusi Akar

# 09 dekabr 2022 23:46 (UTC +04:00)

Yanvarın 1-dən indiyədək 250 min insanın Türkiyəyə qeyri-qanuni yollarla daxil olması və ölkədən çıxmasının qarşısı alınıb.

APA-nın Istanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

O əlavə edib ki, ölkə daxilində, Şimali İraq və Suriyada 2015-ci ildən bu günə qədər ümumilikdə 37 min, bu il ərzində isə 4 minə yaxın terrorçu zərərsizləşdirilib.

Nazir Akar Türkiyənin qonşu ölkələrdə apardığı hərbi əməliyyatlarının hədəfinin sadəcə terrorçular olduğunu da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR