Akar: "F-16-ların alınması ilə bağlı proses davam edir"

Hulusi Akar

© APA | Hulusi Akar

# 19 iyul 2022 11:56 (UTC +04:00)

“F-16-ların alınması ilə bağlı proses davam edir. Biz hərbi, siyasi və diplomatik fəaliyyətimizi davam etdirəcəyik. Ümidimiz sağlam düşüncənin qalib gəlməsi və ağlabatan, məntiqli həllin ortaya çıxmasıdır”.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar ABŞ Nümayəndələr Palatasının Türkiyəyə F-16 satışını şərtləndirən qanun layihəsini şərh edərkən bildirib.

O, Yunanıstanın müxtəlif təşəbbüslərlə F-16-ların tədarükü və modernləşdirilməsi ilə bağlı Türkiyə və ABŞ hərbi nümayəndə heyətləri arasında əldə olunan razılaşmaya mənfi təsir göstərməyə çalışdığını xatırladaraq, ABŞ-ın bu oyuna gəlməyəcəyini gözlədiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR