Akar fransalı həmkarı ilə görüşüb

Hulusi Akar-Sebastyan Lekornu

© APA | Hulusi Akar-Sebastyan Lekornu

# 16 iyun 2022 18:28 (UTC +04:00)

Türkiyə milli müdafiə naziri Hulusi Akar fransalı həmkarı Sebastyan Lekornu ilə görüşüb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, görüş NATO Müdafiə Nazirləri İclası çərçivəsində Brüsseldə baş tutub.

Görüş zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik, müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR