Akar Suriya-Türkiyə danışıqlarının bölgədə sülhə töhfə verəcəyinə ümid edir

Akar Suriya-Türkiyə danışıqlarının bölgədə sülhə töhfə verəcəyinə ümid edir
# 10 yanvar 2023 13:23 (UTC +04:00)

Türkiyə Suriya ilə Moskvada başlayan danışıqların bölgədə sülh və sabitliyə töhfə verəcəyinə ümid edir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bu 11 il sonra baş tutan ilk və xoş niyyətli görüş olub.

Türkiyənin terrorla mübarizə və immiqrasiya probleminə həll yolu tapmaq üçün çalışdığını vurğulayan Akar, ölkəsinə sığınan suriyalıların təhlükəsiz şəkildə vətənlərinə dönə biləcəklərini arzuladığını da vurğulayıb.

O, sülhün bərpa olunması üçün Rusiya və Ukrayna tərəflərinin dialoq aparmasının çox önəmli olduğunu deyib.

“Suveren, müstəqil dövlətdirlər. Bizim istəyimiz ondan ibarətdir ki, qonşumuz olan iki ölkədə tezliklə atəşkəsə nail olsun. Bu, təbii prosesdir. Prezidentimizin səyləri ilk gündən davam edir. Bu, dünyada sülh üçün mühüm töhfədir. Bütün dünya bunu anlamalıdır”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR