Akar “Taxıl sazişi”nin digər məhsullara şamil edilmədiyini bildirib

Akar “Taxıl sazişi”nin digər məhsullara şamil edilmədiyini bildirib
# 01 avqust 2022 11:53 (UTC +04:00)

“Taxıl daşınması sazişi” Rusiya limanlarında olan qida məhsulları, müxtəlif kimyəvi maddələr və amonyak kimi digər məhsulların çıxarılmasını nəzərdə tutmur.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Anadolu” agentliyinə müsahibəsində deyib.

O qeyd edib ki, bu ayrı müzakirə mövzusudur və Rusiya bununla bağlı BMT ilə danışıqlar aparır. Akar Rusiyaya bu mövzuda kömək edə biləcəkləri halda məmnun olacaqlarını da bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR