Akar: "Ukrayna limanlarında 15 gəmimizin təxliyəsi ilə bağlı işlərimizi davam etdiririk"

Hulusi Akar

© APA | Hulusi Akar

# 17 iyun 2022 13:13 (UTC +04:00)

"Ukrayna limanlarında 15 gəmimizin təxliyəsi ilə bağlı işlərimizi davam etdiririk. Biz həm Ukrayna, həm də Rusiya ilə danışıqlar aparırıq, BMT ilə də əlaqələrimizi davam etdiririk".

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə milli müdafiə naziri Hulusi Akar deyib.

“Bununla bağlı Ukrayna, Rusiya və Türkiyə Müdafiə Nazirlikləri hərəsi bir general təyin edib. Rusiya generalı ilə ilk görüş iyunun 1-də, BMT nümayəndəsi ilə iyunun 4-də keçirilib. Taxıl və kənd təsərrüfatı məhsullarının ən tez və təhlükəsiz şəkildə ünvanlarına çatdırılması üçün səylər davam edir. Bu vəziyyət bütün dünyaya təsir edir. Düşünürük ki, yaxın günlərdə hadisələri daha da sürətlə inkişaf etdirmək imkanımız olacaq”,- deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR