Akar və Latviyanın müdafiə naziri Ukraynanı müzakirə edib

Hulusi Akar, Artis Pabriks

© APA | Hulusi Akar, Artis Pabriks

# 28 iyul 2022 17:56 (UTC +04:00)

Türkiyə milli müdafiə naziri Hulusi Akar və Latviya Baş nazirinin müavini və müdafiə naziri Artis Pabriks arasında görüş baş tutub.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Görüşdən sonra mətbuat konfransı keçirilib.

Akar Latviya ilə Türkiyə arasında dostluq və müttəfiqlik əlaqələrinin mövcudluğunu qeyd edərək, həmkarı ilə Ukraynadakı vəziyyəti müzakirə etdiklərini bildirib.

“Ukraynanın müstəqilliyini və suverenliyini dəstəklədiyimizi vurğuladıq. Biz humanitar atəşkəsin, gərginliyin azaldılmasının və humanitar yardımın davamlı şəkildə çatdırılmasını təmin etmək üçün çalışırıq”, - nazir deyib.

Türkiyəli nazir görüş zamanı taxıl daşınması ilə bağlı məsələ ətrafında söhbətin olduğunu da əlavə edib: “Mərkəz fəaliyyətdədir. Türkiyə, Rusiya Federasiyası, Ukrayna və Birləşmiş Millətlər Təşkilatının rəsmiləri yaxın saatlarda və yaxın günlərdə Ukrayna limanlarında gözləyən gəmilərin taxıl daşınmasına başlamaq üçün gecə-gündüz çalışırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR