Akar: Yunanıstan su sərhədlərini 12 milə çıxarmağa hazırlaşır

Akar: Yunanıstan su sərhədlərini 12 milə çıxarmağa hazırlaşır
# 09 yanvar 2023 13:15 (UTC +04:00)

Yunanıstan Krit adasında su sərhədlərini 6 mildən 12 milə çıxarmağa hazırlaşır.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib. O qeyd edib ki, ölkəsi bu addımı əsla qəbul etməyəcək.

Nazir Akar, həmçinin, yunan siyasətçilərinin “Türkiyə Yunanıstan üçün təhdiddir” sözlərini də rədd edib. "Biz Türkiyə olaraq heç kimi təhdid etmədik. Yunanıstanı heç vaxt təhdid etmədik. Türkiyə güclü, etibarlı və effektiv müttəfiqdir. Güclü Türkiyə, güclü NATO, güclü ittifaq istəyirik”, - deyə nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR