Akar: Yunanıstan Türkiyə ilə münasibətlərdə gərginlik yaratmağa çalışır

Hulusi Akar

© APA | Hulusi Akar

# 02 yanvar 2023 12:40 (UTC +04:00)

Yunanıstan daxili siyasət və şərqi Aralıq dənizindəki uğursuzluqlarını ört-basdır etmək üçün Türkiyə ilə münasibətlərdə gərginlik yaratmağa çalışır.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

O, Yunanıstan hakimiyyətinin gərginlik yaratmaqla həyatda qalmaqlarının mümkün, təxribatların da yunan tərəfi üçün bir xeyrinin olmayacağını qeyd edib: “Türkiyə heç kim üçün təhlükə deyil. Əksinə, etibarlı və güclü müttəfiqdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR