Akar Yunanıstana çağırış edib: Türkiyə təhdid deyil

Hulusi Akar

© APA | Hulusi Akar

# 29 sentyabr 2022 16:18 (UTC +04:00)

“Yunanıstanla bəzi problemlər var və təəssüf olsun ki, daxili siyasət naminə təxribatlar həyata keçirirlər, amma biz buna təmkinlə reaksiya veririk”.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Şırnaka səfəri çərçivəsində deyib.

O qeyd edib ki, Yunanıstanda bəlli siyasətçilər ölkələrini “pis qonşu siyasətinə çəkir”, Türkiyə isə bütün problemlərin, həmçinin, Egey dənizindəki anlaşılmazlıqların danışıqlar yolu ilə həll edilməsinə tərəfdardır:

“Biz bunu hər fürsətdə deyirik. Lazımdırsa, Türkiyəyə gəlsinlər, ya bizi dəvət etsinlər, gedək görüşək, problemləri həll edək. Türkiyə kimsə üçün təhdid, təhlükə deyil, güclü və etibarlı tərəfdaşdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR