Akar Yunanıstana növbəti dəfə xəbərdarlıq edib: Orduya göstəriş verilib

Hulusi Akar

© APA | Hulusi Akar

# 05 oktyabr 2022 18:26 (UTC +04:00)

“Nə meydanda, nə də masa arxasında bir addım geri çəkilməyimizdən söhbət gedə bilməz. Bir millimetr geri çəkilmək yoxdur, bununla bağlı nə etmək lazımdırsa, edilib və edilir”.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Yunanıstana xəbərdarlıq edərkən bildirib.

O, xüsusən, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinə bununla bağlı dəqiq göstərişin verildiyini qeyd edib.

“Bizim bu məsələdə anlayış göstərməyimiz, güzəştə getməyimizdən söhbət gedə bilməz. Arxalarında kim olursa olsun. “Ölsəm şəhid, sağ qalsam qazi” anlayışı ilə nə lazımdırsa etməkdə qətiyyətliyik”, - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR