AKP: İsveç və Finlandiyanın üzvlüyü NATO-ya heç bir töhfə verməyəcək

AKP: İsveç və Finlandiyanın üzvlüyü NATO-ya heç bir töhfə verməyəcək
# 19 may 2022 17:28 (UTC +04:00)

Ölkə daxili və xaricində terrorla mübarizəmiz davam edir. NATO çərçivəsində bəzi müttəfiqlərimizin terror təşkilatlarına dəstək verməsini prezidentimiz bir neçə dəfə dilə gətirib.

APA-nın İstanbul müxbirinin xəbərinə görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Türkiyə NATO-ya üzv olan və olmaq istəyən ölkələrin təşkilatın prinsiplərinə uyğun addımlar atmasını istəyir.

“Türkiyə heç bir zaman NATO-nun genişlənməsinə qarşı olmayıb. Bu, İsveç və Finlandiya ilə də bağlı eynidir. Məsələ sadəcə bu ölkələrin terror təşkilatlarına dəstək vermələridir. Sabah əgər NATO-da müttəfiqlərimizdən biri İsveç və Finlandiya kimi terror təşkilatlarına dəstək verərsə, təşkilat içində bir konsensus ola bilməz, Türkiyə buna veto tətbiq edər. Terror təşkilatlarına dəstək verən ölkələrin NATO-ya üzv olmaqları təşkilatın təhlükəsizliyinə heç bir töhfə verməyəcək”, - o bildirib.

Çelikin sözlərinə görə, Türkiyə terror təşkilatlarına güclü mübarizə apardığı zaman, bəzi müttəfiqləri "Patriot"larını geri alıb: “PKK/YPG-yə verilən dəstək siyasi baxımından qeyri-əxlaqi addımdır. Suriyada İŞİD-in olduğu ərazilərdən yox, PKK/YPG olan ərazilərdən çıxmamızı istəyirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR